“Qarabağ”a qarşı oyunlarımız həmişə çətin keçir. Bu oyun da istisna olmadı” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Sabah”ın futbolçusu Kristian da Silva deyib.

O, Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la heç-heçə (1:1) etdikləri matçdan danışıb: “Rəqib güclü futbolçulardan ibarət yaxşı komandadır. Ancaq bizim komanda da çox yaxşı çıxış edir. Hər oyunda böyük səylə mübarizə aparır, bir-birimizə dəstək veririk ki, bu da hazırkı nəticələrimizdə birbaşa rol oynayır”.

Braziliyali yarımmüdafiəçi qarşılaşmadan sonra ən çox müzakirə olunan penalti epizodundan danışıb. O, vurduğu zərbə zamanı topun cərimə meydançasında rəqib oyunçunun əlinə dəydiyini bildirib və hakimin penati verməməsinə təəccübləndiyini sözlərinə əlavə edib: “Məncə, təmiz penalti idi. Buna heç bir şübhəm yoxdu. Epizodun videotəkrarına baxdıqda da topun “Qarabağ”ın futbolçusunun əlinə dəydiyi aşkar görünürdü. Hakim VAR-a getsə də, fərqli qərar verdi. Bu, inanılmaz idi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp