Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, gecənin ən maraqlı görüşü İngiltərədə baş tutub.

Burada ötən mövsümün finalçıları “Liverpul” və Madrid “Real”ı üz-üzə gəlib. Kifayət qədər məhsuldar alınan qarşılaşmanın yekununda Madrid təmsilçisi əzmkar qələbəyə sevinib.

Günün digər qarşılaşması isə İtaliya A Seriyasında möhtəşəm mövsüm keçirən “Napoli” ilə Frankfurtda “Ayntraxt”ı arasında olub. Bu oyun da qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

UEFA Çempionlar Liqası
1/8 final

21 fevral

Ayntraxt (Almaniya) – Napoli (İtaliya) 0:2
Qol: Osimhen, 40. Di Lorentso, 65.
Baş hakim: Soares Dias (Portuqaliya).
Frankfurt. “Doyçe Bank Park”.

Liverpul (İngiltərə) – Real (İspaniya) 2:5
Qol: D.Nunes, 4. Salah, 14 – Vinisius, 21; 36. Militao, 47. Benzema, 55; 67.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Liverpul. “Enfild” stadionu.

Xatırladaq ki, ötən həftə baş tutan 1/8 finalın ilk dörd qarşılaşmasında bu nəticələr qeydə alınıb:

Milan (İtaliya) – Tottenhem (İngiltərə)  – 1:0
PSJ (Fransa) – Bayern (Almaniya) – 0:1
Borussiya (Dortmund, Almaniya) – Çelsi (İngiltərə)  – 1:0
Brügge (Belçika) – Benfika (Portuqaliya)  – 0:2

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp