Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun Cənubi Koreya klubuna keçidi rəsmiləşib. 2021-ci ilin yayında “Neftçi”dən ayrılaraq Polşanın “Visla” (Plotsk) klubuna yollanan müdafiəçi indi də Asiya ölkəsində oynayacaq.

25 yaşlı müdafiəçi karyerasını “Tecon Xana Sitizen”də davam etdirəcək. Koreyalılar Anton üçün polşalılara 600 min avro ödəyəcək.

Polşalılar futbolçunun klubdan getdiyini rəsmən bəyan edib. İndi koreyalılar transferi açıqlamalıdır. Müqavilənin müddəti də o zaman bilinəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp