“Komandamın yüksək hədəflərə çatması üçün əlimdən gələni edəcəyəm” – bunu Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna transfer edilən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk deyib.

Polşa təmsilçisi “Visla”dan (Plotsk) Asiya təmsilçisinə keçən 25 yaşlı müdafiəçi Cənubi Koreya klubunun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Yeni klubuma gec qoşulmuşam. Buna görə də komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacağam. “Tecon Xana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə bu ay başlayacaq mövsüm çox vacibdir”.

Maraqlıdır ki, Krivotsyukla müqavilənin müddəti hələ də açıqlanmır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp