“Çelsi” rəhbərliyi Qrem Potteri istefaya göndərməyə tələsmir. Ardıcıl uğursuz nəticələrə baxmayaraq, baş məşqçi mövsümün sonunadək postunda qalacaq.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar”ın prezidenti Todd Bouli Potter haqqında yayda qərar verəcək. O, qışda komandanın əhəmiyyətli şəkildə yenilənməsindən sonra futbolçuların uyğunlaşma üçün zamana ehtiyac duyduğunu düşünür. Bu səbəbdən məşqçiyə mövsümün sonunadək vaxt verilməsinin tərəfdarıdır. İlə çox pis başlayan “Çelsi”nin Çempionlar Liqası zonasından uzaqlaşması da Boulini narahat etmir.

Xatırladaq ki, 47 yaşlı Potter payızda “Brayton”u tərk edərək “Çelsi”yə gəlib. Tomas Tuheli əvəzləyən mütəxəssisin londonlularla 2027-ci ilin yayınadək müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp