“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji Fransada növbəti qolunu vurub. Ağdamlıların yayda “Sent-Etyenn”ə satdığı forvard səfər matçında komandasına qələbə qazandırıb.

Liqa-2-nin 24-cü turu çərçivəsində “Nim”in qonağı olan “Sent-Etyenn” 2:1 hesabı ilə qalib gəlib. Seneqallı futbolçu 51-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu, onun 17 oyunda 5-ci qoludur.

Bu qələbədən sonra xallarının sayını 27-ə çatdıran “yaşıllar” 15-ci pilləyə yüksəliblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp