“Yuventus” yeni idman direktoru axtarır. Turinlilər yay fasiləsinin ilk günlərinədək hazırda boş olan postu doldurmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Yuventus” rəhbərliyi maliyyə qalmaqalına görə qışda istefaya getməyi qərara aldı. Sonradan klubun 15 xallıq cəzaya məruz qaldığı olaya görə Pavel Nedved də işindən ayrıldı. İndi isə yeni rəhbərlik onun yerini doldurmaq istəyir.

Hazırda bu posta ən rel namizəd Frederik Massaradır. “Milan”da Paolo Maldini ilə əla cütlük yaradan funksioner Turinə qayıda bilər.

Əslən Turindən olan Massara, eyni zamanda “Yuventus”in baş məşqçisi Massimiliano Alleqri ilə köhnə dostdur. Frederik yeni işə razılıq versə, Maldininin də kölgəsindən çıxacaq. Ona görə də yayda məhz bu şəxsin “Yuventus”da görünəcəyi iddia olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp