“Neftçi”dən ayrılan Gilyermo Pato Vətənində oynayacaq. Braziliyalı oyunçu artıq özünə yeni komanda tapıb.

Futbolinfo.az xəbər verir ki, ötən qış Bakı klubuna gələn cinah yarımmüdafiəçi heç cür əsas heyətdə özünə yer edə bilmədi. Bu səbəbdən fevralın əvvəlində onunla yollar ayrıldı. “Qəbələ” və “Zirə”nin də maraq göstərdiyi oyunçu yekunda vətəninə qayıtdı.

“Neftçi”yə “Kuiaba”dan gələn, transfer hüququ isə “İnternasional”a məxsus olan Pato buradan azad agent kimi ayrıldı. O, Azərbaycandan hansısa kluba satılsaydı, qazancın yarısı məhz “İnternasional”a çatacaqdı. Amma bu, mümkün olmadı və Gilyermo indi özünə klub tapıb.

22 yaşlı oyunçu yerli “Fiqueyrense” ilə anlaşıb. Tezliklə müqavilə bağlanacağı gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp