“Lids” baş məşqçi axtarışını davam etdirir. Fevralın 7-də Cessi Marşı qovan İngiltərə Premyer Liqası təmsilçisi hələ də ona əvəzləyici tapmayıb.

Futbolinfo.az xəbər verir ki, indiyədək bir neçə məşqçi ilə danışıqlar aparılıb, lakin heç kim komandanı autsayderlər qrupundan çıxaracağı ilə bağlı qəti vəd verməyib. Bu səbəbdən rəhbərlik yeni variantları nəzərdən keçirir.

Hazırda “Lids”in hədəfi Xavi Qarsiya ilə anlaşmaqdır. 52 yaşlı ispan mütəxəssislə danışıqlar başlayıb. Razılıq əldə olunsa, həftəsonuna kimi rəsmi müqavilə bağlanacaq.

Vaxtilə İngiltərədə “Uotford”u çalışdıran, “Rubin”, “Malaqa”, “Valensiya” kimi komandaların baş məşqçisi olan Qarsiya, son olaraq “Əl-Sədd”in uğuru üçün çalışıb. O, ilyarımlıq fəaliyyətdən sonra ötən yay Qətər klubundan ayrılıb və hazırda işsizdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp