“Vest Hem” rəhbərliyi Devid Moyesi istefaya göndərməyəcək. Komanda uğursuz çıxış etsə də, 59 yaşlı mütəxəssisə etimad limiti bitməyib.

Futbolinfo.az xəbər verir ki, şotland mütəxəssis komandanın hazırkı durumunun ürəkaçan olmamasının fərqindədir. Transferlərə çəkilən böyük xərclərə rəğmən, “Vest Hem” hələ də özünə gəlməyib. Lakin rəhbərlik zədəlilərin çoxluğunu, komandanın optimal heyətlə oynaya bilməməsinin nəticələrdə rol oynadığını görür. Bu səbəbdən qarşıdakı turlarda vəziyyətin dəyişəcəyinə ümid edirlər.

Xatırladaq ki, Moyes 2019-ci ilin dekabrından iş başındadır. Onun “Vest Hem”lə müqaviləsi 2023/24 mövsümünün sonunda bitəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp