“Liverpul”un sahibi Con Henri klubun satılmayacağını bildirib. O, bir çox İngiltərə klublarının yeni sahiblərinə qovuşduğu bir zamanda mersisaydlıların sabitliyini pozmadığını söyləyib.

Futbolinfo.az xəbər verir ki, klub sahibi daha bir müddət “Liverpul”da olacağını qeyd edib: “Klubumuz haqda çoxlu xəbərlər dolaşır, “Liverpul”un satılması ehtimalları müzakirə olunur. Amma heç bir fakt yoxdur. Biz klubu böyütməyə, yeni layihəyə indi başlamışıq. Həmişə burada qalmayacağıq. Amma tezliklə klubu satmaq fikrimiz də yoxdur. Bir çox investorlarla işbirliyi qururuq, fəaliyyətimizi daha da genişləndirməyə çalışırıq. Lakin son 20 ildə heç nəyi satmadıq, “Liverpul”la bağlı bu mövzuları qapatmaq məsləhətdir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp