22-24 fevral tarixlərində cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq birinciliyin fərdi yarışları 22-23, komanda yarışları isə 24 fevralda baş tutacaq.

Yarış hər gün saat 09:00-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp