Son vaxtlar “Real”ın əsas heyətinə düşməyi bacaran Dani Sebalyos “Bayern”in diqqət mərkəzinə düşüb. Münhenlilər yayda 26 yaşlı yarımmüdafiəçini transfer etmək üçün rəsmi təklif göndərəcək.

Futbolinfo.az xəbər verir ki, Almaniya klubunun baş məşqçisi Yulian Naqelsmannın bəyəndiyi oyunçu “Real” rəhbərliyinin də fikrini dəyişib. Yayda onu göndərməyi düşünən madridlilər indi Daniyə yeni müqavilə təklif etməyə hazırlaşır.

“Real”ın 2017-ci ildə “Betis”dən alıb iki il sonra “Arsenal”a icarəyə verdiyi Sebalyos ardıcıl iki mövsümdür “Kral klubu”ndadır. Yarımmüdafiəçinin mövcud anlaşması yayda başa çatacaq. İspaniya klubu onunla yeni anlaşma imzalamasa, futbolçu azad agent kimi Bundesliqa təmsilçisinə yollanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp