“Kəpəz” AFFA İntizam Komitəsinin kluba cəza kəsməsi üçün növbəti imkanı yaratdı. Klub idarəetməsindəki qüsurlar üzündən bu gün Gəncədə baş tutan növbəti oyunda xoşagəlməz hal yaşanıb.

Futbolinfo.az xəbər verir ki, Birinci Divizionda 28-ci tur çərçivəsində keçirilən “Kəpəz-2” – “Qəbələ-2” görüşü nəzərdə tutulduğu vaxtda başlamayıb. Gəncə şəhər stadionundakı matça təcili tibbi yardım maşını vaxtında gəlməyib, qarşılaşmda xeyli gec start götürüb.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu, Gəncədə reallaşan ilk belə hal deyil. Əvvəlki turlarda da eyni səbəbdən dəfələrlə problem yaşanıb. Matçın təşkili üçün lazım olan minimal tələbləri yerinə getirməyən “Kəpəz”, hər dəfə cərimə ödəməyi lazım bilir. Halbuki peşəkar klubda işlər daha yaxşı qurula, ödənilən cərimələr klubun inkişafına sərf oluna bilər.

Shares: