Azərbaycan Birinci Divizionunda XVIII tura start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub.

Futbolinfo.az xəbər verir ki, turnir cədvəlinin sonuncusu “Sumqayıt-2” evdə “Turan Tovuz”un əvəzedici komandası ilə heç-heçə edib. “İmişli” MOİK-ə uduzubsa, “Qəbələ-2” Gəncədə “Kəpəz-2”-ni məğlub edib.

I Divizion

XVIII tur, 21 fevral

Sumqayıt-2 – Turan Tovuz-2 1:1

Qollar: Xəzər Mahmudov, 71 – Elçin Qasımov, 73.

Qırmızı vərəqə: Nurlan Bayramov, 71.

Kəpəz-2 – Qəbələ-2 1:2

Qollar: Elnur Cəfərov, 90+6 – Gülağa Əsədov, 40, Mehrac Baxşəli, 46.

İmişli – MOİK 0:2

Qollar: İlham Allahverdiyev, 31, Cavid Quliyev, 65.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp