“Arsenal” Məhəmməd Elneni ilə müqaviləni yenilədi. Misirli yarımmüdafiəçi 2026-cı ilin yayına kimi London klubunda qalacaq.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə hazırkı müqavilə 2024-cü ildə bitəcəkdi. “Topçular” 2016-cı ildə “Bazel”dən aldığı futbolçunu daha iki mövsüm düşərgəsində saxlamağı lazım bildi.

2019/20-ci illər mövsümünü icarə əsasında “Beşiktaş”da keçirən misirli hazırda diz zədəsi üzündən komandadan kənar qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp