Milli komandamızın üzvü Mahir Emreli bu gün “Konyaspor”un heyətində debüt edib. Türkiyə Super Liqası təmsilçisi öz meydanında TFF 2 LİG təmsilçisi “Afyonspor”la yoxlama oyunu keçirib.

“Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviç 25 yaşlı hücumçuya start heyətində şans verib. Mahir 5:0 hesabıyla başa çatan matçın ilk 45 dəqiqəsində forma geyib.

İlk yarıda rəqibini iki dəfə cəzalandıran konyalılar fasilədən sonra fərqli “11-lik”lə oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp