PSJ məşqçi axtarışlarına başlayıb. Klub rəhbərliyi Kristofer Qaltye ilə yola davam edəcəyini təkrar-təkrar söyləsə də, əslində, bir neçə mütəxəssislə danışıq aparır.

Futbolinfo.az xəbər vrir ki, klub rəsmiləri ötən günlərdə Zinəddin Zidanla bir araya gəlib. Amma fransalı çalışdırıcı parislilərin təklifini qəbul etməyib. Ardından Tomas Tuhelin meneceri ilə görüş olub. Alman mütəxəssis PSJ-də işləməyə hazırdır, amma ilk öncə Qaltye yola salınmalıdır. Klub Çempionlar Liqasında yola davam edir, Liqa 1-də liderdi. Bu səbəbdən hələlik dəyişiklik təxirə salınıb. Amma komandanın imkanlarından aşağı çıxış etməsi, ardıcıl məğlubiyyətlər Qaltyenin postunu laxladıb. Çox güman, onun taleyini “Bayern”lə matç həll edəcək. Evdəki 0:1 hesablı məğlubiyyətin əvəzni Münhendə çıxmaq mümkün olmasa, istefa reallaşacaq.

Hazırda PSJ-yə təyinatı ən çox ehtimal olunan Tuheldir. 49 yaşlı mütəxəssis 2018-20-ci illərdə ilyarım çalışdığı kluba qayıda bilər. O, payızda “Çelsi” ilə vidalaşdıqdan sonra təklif gözləyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp