“Lids” nəhayət, yeni baş məşqçisinə qovuşdu. İngiltərə Premyer Liqası təmsilçisi iki həftəlik axtarışdan sonra Xavi Qarsiya ilə anlaşdı.

Futbolinfo.az xəbər verir ki, Cessi Marşın boş qoyduğu post, gözlənildiyi kimi, Xavi Qarsiyaya qismət oldu. 52 yaşlı ispan mütəxəssislə mövsümün sonunadək müqavilə imzalandı. O, yorkşirliləri elitada saxlamağı bacarsa, anlaşmanın müddəti uzadılacaq.

Vaxtilə İngiltərədə “Uotford”u çalışdıran, “Rubin”, “Malaqa”, “Valensiya” kimi komandaların baş məşqçisi olan Qarsiya ötən yaydan bəri işsiz idi. Son olaraq ilyarım Qətərdə “Əl-Sədd”in uğuru üçün çalışan mütəxəssis Avropaya qayıtmaq niyyəti ilə bir sıra təklifləri geri çevirmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp