Futzal üzrə Polşa millisinin Ukrayna ilə yoldaşlıq, Azərbaycan yığması ilə DÇ-2024-ün əsas mərhələ oyunları üçün heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçisi Blazej Korçinski siyahıya 14 oyunçu daxil edib.

Qapıçılar: Mixal Kaluza (“Burela”, İspaniya), Lukaş Blaşçik (“Red Draqons Pnievy”);

Oyunçular: Krzistof Elsner, Remigiuş Spikalski (“hər ikisi Reyter Torun”), Patrik Holi (“Red Draqons Pnievy”), Pavel Kanievski, Tomaz Kriezel, Mateus Madziaq, Kasper Sendlevski (hamısı “Konstrakt Lubava”), Mikal Kubik, Sebastian Leşçak, Kamil Surmiak, Mikolay Zastavnik (hamısı “Rekord Bielsko-Biala”), Mateus Mroviç, (“Piast Qlivice”).

Xatırladaq ki, martın 3-də Ukrayna ilə üz-üzə gələcək Polşa seçməsi dörd gün sonra Azərbaycan komandasını qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp