UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul” – “Real” matçı həm meydan sahiblərinin hücumçusu Məhəmməd Salah, həm də qonaq komandanın forvardı Kərim Benzema üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, bu komandaların ilk oyununda qol vurmağa nail olan futbolçular yeni rekordlara imza atıblar.

Belə ki, Salah komandasının heyətində avrokuboklarda qolların sayına görə “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardın rekordunu qırıb. Misirli futbolçu bu matçda 42-ci qoluna imza atıb. 31 yaşlı forvard 41 qola sahib sabiq yarımmüdafiəçi Cerrardı geridə qoyub.

Benzema isə hazırda Fransanın PSJ klubunda çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb. 35 yaşlı hücumçu bu görüşdə dubl edib. Bununla da fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/06 mövsümündən Çempionlar Liqasında qol vurur.

Xatırladaq ki, bu komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp