“Çox təəssüf ki, Premyer Liqanın son turunda “Qəbələ”yə məğlub olduq. Uduzmağımıza baxmayaraq, düşünürəm ki, yaxşı futbol nümayiş etdirmişdik” – bunu futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev deyib.

O, Misli Premyer Liqasının 23-cü turunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olduqları matçdan danışıb: “Oyunda buraxdığımız ilk qol mübahisəyə açıq epizod idi. Düşünürəm ki, həmin qolun öncəsində qayda pozuntusu var idi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Zamanla öz oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq”.

Mustafayev qarşıdakı “Kəpəz”lə oyundan da söz açıb: “Həftəsonu bizi daha bir çətin sınaq gözləyir. Doğma meydanda “Kəpəz”lə üz-üzə gələcəyik. Əsas hədəfimiz baxımlı futbolla 3 xalı qazanıb azarkeşlərimizi sevindirmək və turnir cədvəlində vəziyyətimizi nisbətən yaxşılaşdırmaqdır. Lakin bu oyun heç də asan olmayacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp