İngiltərənin “Liverpul” klubu tarixində ilk dəfə “Enfild Roud” stadionunda keçirdiyi avrokubok oyununda 5 qol buraxıb.

Futbolinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində İspaniya “Real”ı ilə görüşə təsadüf edib.

Rəqibinə 2:5 hesabı ilə uduzan “qırmızılar” buna qədər doğma arenada heç 4 top da buraxmamışdılar.

“Liverpul”un futbolçusu Məhəmməd Salah isə 15-ci dəqiqədə vurduğu qolla 44 qolla turnirin ən məhsuldar afrikalı oyunçusu olan “Çelsi”nin sabiq forvardı Didye Droqbanın rekordunu təkrarlayıb. Salah, həm də “Liverpul”un heyətində ÇL-də ən çox məhsuldar ötürmə rekordunu yeniləyib. David Nunesin hesabı açmasına şərait yaradan misirli “mersisaydlılar”la turnirdə 13-cü assistini edib.

Xatırladaq ki, bu komandalar arasında cavab oyunu martın 15-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp