“Oyunda istədiyimiz şeyləri edə bildik. Hansı ki, məşqdə bunlar üzərində işləmişdik” – bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef deyib.

O, ötən gün Misli Premyer Liqasının 24-cü turunda “Qarabağ”la heç-heçə (1:1) etdikləri oyundan danışıb: “Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi. 1:1 yaxşı oldu. Çünki həm bizim, həm də “Qarabağ”ın qol vurmaq üçün yaxşı fürsəti var idi”.

Sayef komandanın son turlarda inamlı və sabit çıxışına da toxunub: “Təbii ki, bu sabitlik çox yaxşıdır. Getdikcə daha da yaxşı olacaq. Bundan sonra inamlı oyun göstərməyə çalışacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp