Aydın Bayramov yayda klubunu dəyişəcək. “Sumqayıt”ın qolkiperi komanda axtarışına çıxıb və bir neçə təklifi var.

“Kimyaçılar”da özünü xoşbəxt hiss etməyən qapıçı müqavilə üzündən iş yerini dəyişə bilmirdi. Baş məşqçi Samir Abasovun etibar etmədiyi, hər dəfə narazı qaldığı Aydan bu durumdan bezib. O, mövsüm bitən kimi komandadan ayrılacağını rəhbərliyə çatdırıb. “Kəpəz”lə matçdan sonra Abasovun onu mətbuat konfransında tənqid etməsi Bayramovun səbrini daşırıb.

“Sumqayıt”ın Mehdi Cənnətovla anlaşdığını, yayda onu “Zirə”dən geri gətirəcəyini daha öncə xəbər vermişdik. Bu fakt da məşqçinin Aydına ehtiyac duymadığını göstərir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp