Ukraynanın gənclər yığmasına rəhbərlik edən Ruslan Rotan əsas milliyə müvəqqəti baş məşqçi təyin olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

Assosiasiya Sergey Rebrovla müqavilə imzalanana qədər komandanı 42 yaşlı mütəxəssisə həvalə edib. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna başçılıq edən Rebrov oradan ayrıldıqdan sonra millinin sükanı arxasına keçəcək. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulacaq.

Qeyd edək ki, Ukrayna millisinin əvvəlki baş məşqçisi Aleksander Petrakov 2023-cü ilin yanvarında istefa verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp