Bu gün FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Futbolinfo.az xəbər verir ki, görüşdə FIFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə edib.

FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.

Bir neçə gün öncə bu görüşün baş tutacağı ilə bağlı xəbər vermişdik. Gizli məsləhətləşmələrin nəticələri barədə də sabah oxuyacaqsız.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp