“Çelsi” Nqolo Kante ilə razılığa gəlib. Müqavilə müddətini uzatmaqdan uzun müddət müddət imtina edən Fransa millisinin üzvü fikrini dəyişib.

Futbolinfo.az xəbər verir ki, yayda anlaşması bitən dayaq yarımmüdafiəçisi klubu azad agent kimi tərk etmək istəyirdi. Lakin London klubunun rəhbərliyi onu fikrindən daşındıra bilib.

Kante ilə yeni müqavilə 3 illik olacaq. Tərəflər keçik detalları da dəqiqləşdirəndən sonra müqavilə bağlayıb rəsmi açıqlama verəcək. Fransalı anlaşmaya “+1 il” şərtini saldırmağa çalışır.

Başda “Barselona” olmaqla, bir neçə klubun danışıq apardığı Kante uzun müddətdir zədədən əziyyət çəkirdi. O, məşqlərə yenicə başlayıb və hələ formaya düşməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp