Temmi Abraham yayda İngiltərəyə qayıdacaq. Hazırda “Roma”da icarədə olan futbolçu İtaliyada qalmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, müqaviləylə “Çelsi”yə məxsus olan hücumçu Londona deyil, Birmingemə yollanacaq. “Zadəganlar” onun üçün “Aston Villa”dan yaxşı təklif alıb. 2017-ci ildən “Çelsi” futbolçusu olan Abrahamın bu klubla daha 3 illik müqaviləsi var.

Gününü icarələrdə keçirən 25 yaşlı Nigeriya əsilli oyunçu vaxtilə “Suonsi” və “Aston Villa”da bir mövsüm çıxış edib. Birmingemdə ikən azarkeşlərin sevimlisinə çevrilən hücumçu, indi tamhüquqlu futbolçu kimi “Aston Villa”ya keçə bilər. Sözügedən klub onu yayda transfer etmək üçn londonlulara cəlbedici məbləğ təklif edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp