Usman Dembele futbolda ilk addımlarını atdığı “Evre”ni xilas edib. “Barselona”nın hücumçusu Fransada yetişdiyi komandanın borclarını “bağlayıb”.

Futbolinfo.az xəbər verir ki, Fransa millisinin üzvü Liqa 2-nin A qrupunda çıxış edən kluba 100 min avro bağışlayıb. Bu klubun futbolçuları və işçi heyəti aylardır maaş almırdı və müflis olmaq həddinə gəlmişdi. Dembelenin 7 yaşında ikən gəldiyi və yetişməyə başladığı klub bu ianə ilə problemlərini həll edib və fəaliyyətini davam etdirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp