“Mançester Yunayted”in satışı bu gedişlə baş tutmayacaq. Qleyzer ailəsinin bir ABŞ şirkətindən əlavə maddi yardım almasından sonra klubu satmaq planı arxa plana keçib.

Futbolinfo.az xəbər verir ki, qətərli investorlar hələlik İngiltərə klubundan son təklifə rəsmi cavab almayıb. Şeyx Cassim Əl-Taniyə kluba müəyyən yatırım etmək və səhmlərin müəyyən faizinə sahiblənmək şansı tanınsa da, o, klubu birdəfəlik almaq niyyətindədir.

Britaniya mətbuatının yazdığına görə, şeyx yayı gözləyir. O, klubun sahiblərinin cavabından asılı olaraq hərəkət edəcək. Qətərli klubda kiməsə şərik olmaq istəmir. “Mançester Yunayted” variantı alınmasa, Əl-Tani başqa bir klubu almağa çalışacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp