Kadi Borges Rusiya Kuboku ilə vidalaşdı. Braziliyalının çıxış etdiyi “Krasnodar” bu gün ¼ finalın cavab matçında ÇSKA-nı 1:0 hesabı ilə yensə də, mübarizəni dayandırdı. Çünki moskvalılar ilk matçda 3:0 hesabı ilə üstün olmuşdu.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın yayda “Krasnodar”a satdığı Kadi start heyətində mübarizə apararaq 81 dəqiqə meydanda oldu. Dayaq yarımmüdafiəçisi kimi oynadılan futbolçu oyunda olduğu müddətdə bir neçə dəfə rəqib qapıçını narahat etdi. Xüsusilə ilk hissədə o, 3 dəfə təhlükəli zərbə ilə yadda qaldı. Bütün hallarda ÇSKA-nın qapıçısı İqor Akinfeyev diqqətli oynadı.

Shares: