“Çelsi”dəki heyət yenilənməsi Mateo Kovaçiçdən də yan keçməyəcək. Komandanın gəncləşdirilməsinin nəticəsi olaraq Xorvatiya millisinin üzvü də Londonu tərk edəcək.

Futbolinfo.az xəbər verir ki, qışda edilən çoxsaylı transferlərin nəticəsi olaraq heyətdəki futbolçu bolluğu bəzilərinin gedişi ilə qaydasına salınacaq. Kovaçiç də onlardan biridir.

Dayaq yarımmüdafiəçisi “Mançester Siti”yə keçmək istəyir. “Şəhərlilər” çoxdan transfer etmək istədiyi futbolçu üçün yayda “Çelsi”nin qapısını döyəcək. 28 yaşlı futbolçu üçün 40 milyon avro ödənilməsi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp