Aleks Ferqyusson “Mançester Yunayted”in nəhayət, ən doğru seçimi etdiyindən əmindir. “Qırmızı şeytanlar”a qızıl dönəmini yaşatmış çalışdırıcı, Erik ten Haqın gördüyü işlərdən məmnundur.
Ferqyussonun karyerasını bitirməsindən sonra ara-sıra titul qazanan “Yunayted” uzun fasilədən sonra Liqa Kubokunda qalib oldu. Ferqyusson həm nəticədən, həm də komandanın oyunundan razıdır: “Bu klub daim uğur qazanmaq üçün yaranıb və indi doğru yoldadır. Ten Haqın dönəmindəki transferlər əladır. Komandanı da əla idarə edir”.
Ferqyusson ten Haqın ilk mövsümündəcə kubok qazanmasından çox razı qalıb: “Hamı “Mançester Yunayted”ə gələn kimi uğur qazanmağı arzulayır. Ten Haq isə bunu arzulamaqla yanaşı, həm də reallaşdırdı. Çox yaxşı başlayıb, davamını da gətirəcəyinə inanıram”.