Lala Kramarenko bədii gimnastika üzrə Rusiya çempionatının dörd ayrı növünün hamısında qalib olub. Bu haqda championat.com saytı məlumat yayıb.

Kramarenko lent, halqa, top və gürzlə hərəkətlərdə ən yaxşı seçilib. O, halqa ilə hərəkətlərdə 40,45 xal, topla hərəkətlərdə 38,35, gürzlər üzrə hərəkətlərdə 39,65, lentlə hərəkətlərdə isə 40,50 xal toplayıb.

18 yaşlı Lala komanda hesabında 2021-ci ilin Avropa çempionu olmaqla yanaşı, yeniyetmələr arasında üçqat dünya çempionudur. O, məşhur azərbaycanlı futbolçu, millimizin qapıçısı və məşqşisi olmuş Dmitri Kramarenkonun qızıdır.

178463 mgcd93s45w - Futbolinfo.az
Shares: