“Roma”nın baş məşqçisi Joze Mourinyo dünən mövsümdə 3-cü dəfə qırmızı vərəqə alıb. O, İtaliya A Seriyasının növbəti turu çərçivəsində “Kremoneze”yə qarşı matçda bu aqibətlə üzləşib.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı çalşıdırıcı 1:2 hesabıyla uduzduqları görüşdə, hesab 0:1 olarkən texniki zonadan uzaqlaşdırılıb. Mourinyo bunu hakimlərin qərəzi ilə əlaqələndirib: “Qovulmağımı 4-cü hakim istədi. Mən həmin anların audioyazılarına diqqət etməyi tələb edirəm. Bəli, emosionalam, amma karyeramdada ilk dəfə mənimlə bağışlanmaz tərzdə danışdılar. Hakim turinli idi və biz növbəti həftə “Yuventus”la oynayırıq. Əminəm ki, həmin oyunda mənim olmağımı istəmədilər. Qırmızı vərəqə buna görə göstərildi”.

Portuqaliyalının ikinci hissənin ilk dəqiqəsində qovulmasına səbəb matçın baş hakimi Marko Piççinini təhqir etməsi göstərilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp