İspaniyada Madrid “Real”ının hücumçusu Vinisius Juniora qarşı irqçilik edən azarkeşin cəzası açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, kimliyi müəyyənləşdirilən həmin şəxs 4 min avro cərimə olunub.

Bundan başqa o, qarşıdakı bir il ərzində stadionlara girməkdən məhrum edilib. Sözügedən azarkeş nəinki futbol, hətta digər idman növlərinin keçirildiyi arenalara da buraxılmayacaq.

Xatırladaq ki, hadisə İspaniya La Liqasının 20-ci turu çərçivəsində fevralın 5-də keçirilmiş “Malyorka” – “Real” matçında qeydə alınmışdı. Meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə bitən matçda Vinisius 90 dəqiqə mübarizə aparmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp