“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber mart ayı boyunca komandaya kömək edə bilməyəcək. Misli Premyer Liqasının son turunda zədələnən israilli legioner azı iki həftə yüngül çalışmalara belə qatılmayacaq.

Futbolinfo.az xəbər verir ki, dizindən xəsarət alan israillinin mövsümü erkən qapaması təhlükəsi yoxdur. Öncə ayağının sındığı, daha sonra vətərinin qırıldığı deyilən dayaq yarımmüdafiəçisi ən bəd proqnozlardan qaça bildi. Amma diz qapağının aşağı hissəsində deşilmiş yara onu bir müddət incidəcək. Xəsarət elə bir yerdədir ki, hər an fəsadı üzə çıxa bilər. Bu səbəbdən müəyyən fasilə verilməsi şərtdir.

Yarasına 18 tikiş qoyulan Caber iki həftə hazırlıqlardan kənar qalacaq. O, yalnız mövsümün sonunda tədricən məşq edə və oyunlara çıxa bilər.

Xatırladaq ki, futbolçu “Qarabağ”la heç-heçə (1:1) etdikləri matçın 80-ci dəqiqəsində uğursuz sürüşmə fəndindən sonra zədələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp