“Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci kilometr stadionu bugündən etibarən adsızdır. Bu stadion daha “Bakcell Arena” adlanmayacaq.

AFFA ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi fevralın son günü başa çatıb. Anlaşmanın müddətinin artırılması mümkün olmayıb. İndi stadiona ad verilməsi üçün yeni sponsor tapılması vacibdir.

Lakin stadionun özü ilə bağlı da problem var. Belə ki, 8-ci kilometr stadionu AFFA-nın balansındadır və “Neftçi” onun xidmətindən icarəçi kimi istifadə edir. Əldə etdiyimiz məlumata görə, klub bir neçə sponsorla danışıq aparır, amma müqavilənin rəsmiləşməsi üçün stadionun “Neftçi”yə verilməsini gözləyirlər.

Aylar öncə “Futbolinfo” bu barədə yazmış, AFFA-nın stadionu “Neftçi”yə satacağını xəbər vermişdi. Proses davam edir, lakin hələ yekunlaşmayıb. Klub stadiona tam sahib olacağı zamanı gözləyir. Daha sonra arenaya adının verilməsi üçün danışıq aparılan şirkətlərdən biri seçiləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp