“Yuventus” İtaliya A Seriyasının 24-cü turunda qarşılaşdığı “Torino” ilə oyundan 4:2 hesablı qələbə ilə ayrıldı.

Futbolinfo.az xəbər verir ki, “qoca sinyora” 16 matçdır Turin derbisində məğlub olmur.

Bu müddətdə tərəflər A Seriyasında dörd dəfə “sülh”ə razılaşıb. 12 görüşdə isə sevinən tərəf “Yuventus” olub.

“Torino” sonuncu dəfə A Seriyasında “Yuventus”a 2015-ci ilin aprelində 2:1 hesabıyla qalib gəlib. Ondan sonra bu komanda İtaliya kuboku çərçivəsində də əzəli rəqibinə 2 dəfə məğlub olub. Bu oyunları da nəzərə alsaq, “Torino” 18 oyundur “Yuventus” üzərində qələbəyə həsrətdir.

Xatırladaq ki, “Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 35 xalla yeddinci, “Torino” isə 31 xalla doqquzuncudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp