“Milan” maliyyə vəziyyətini hər il daha da yaxşılaşdırır. Parlaq dönəmdən sonra bir müddət sıxıntılı günlər keçirən İtaliya nəhəngi özünə gəlir.

Bu mövsümün sonunda “Milan”ın futbol ilini 25 milyon avro zərərlə başa vuracağı gözlənilir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 milyon avro azdır. “Rossonyerlər”in 2021-ci ili 98, 2020-ni 194,6 milyon avro zərərlə başa vurduğunu nəzərə alsaq, klub maliyyə vəziyyətini qaydasına salmaq üzrədir.

Uğurlu plan sayəsində özünə gələn A Seriyası təmsilçisi növbəti mövsümlərdə vəziyyətini daha da yaxşılaşdıracaq. Çempionlar Liqasına ardıcıl vəsiqə qazanmaqla büdcə kəsirlərini düzəltməyə çalışan “Milan” yeni mövsümdən daha ciddi transferlərə başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp