Fransa futbolunun əfsanələrindən olan Jüst Fonten vəfat edib. O, 89 yaşında dünyasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, o, bir Dünya Çempionatında vurduğu qol sayına görə rekordçudur. Belə ki, mərhum hücumçu 1958-ci il mundialında rəqib qapıçıları 13 dəfə məyus etmişdi. O, 1953-60-cü illər aralığında 21 matç keçirdiyi milli komandada 30 dəfə fərqlənməyi bacarmışdı.

Mərakeşdə doğulan Fonten “Kasabalanka” , “Nitsa” və “Reyms” klublarında oynamışdı. Fransa və Mərakeş millilərini çalışdırmış Jüst “Lukon”, PSJ və “Tuluza”nın da baş məşqçisi olub.

just fontaine frankreich 1528979790 16086 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp