Aleks Skott “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola tərəfindən təriflənincə populyar futbolçuya çevrildi. İspan məşqçi onun dünənki oyunu barədə xoş sözlər söylədi, bir anda diqqətləri üzərinə çəkdi.

İngiltərə Kubokunun 1/8 final matçında səfərdə “Bristol Siti”ni 3:0 hesabı ilə yenən “şəhərlilər” növbəti mərhələyə adladı. Amma meydan sahiblərinin üzvü olan Skott rəqibə çətin anlar yaşatdı. Qvardiola yarımmüdafiəçidən danışaraq onun Premyer Liqada oynamağa layiq olduğunu bildirdi. Və bu gün bir neçə klubun Alekslə maraqlandığı barədə xəbərlər ortaya çıxdı.

Bristollular mərkəz müdafiəçisini 20-25 milyon avroya sata biləcəyinə ümidlənib. Klubun 19 yaşlı yetirməsi 2 ildir əsas heyətdə oynayır.

Shares: