Markus Reşford “Mançester Yunayted”dəki çətin dönəmlərindən danışıb. Hazırda komandasının lideri olan hücumçu ilk vaxtlar üzləşdiyi problemləri xatırlayıb.

Futbolinfo.az xəbər verir ki, o, Lui van Qalın dönəmindən şikayətlənib: “Həftənin 4-cü günlərini xatırlayıram. Hər dəfə cərimələnirdim. Heç nə mənim iradəmdən asılı deyildi, lakin baş məşqçi məni başa düşmək istəmirdi. Van Qal belə adam idi. O, kollecdə təhsilimi dayandırmağı tələb edirdi. Kollecdən çıxıb məşqə çatmağım üçün cəmi 12 dəqiqə vaxtım var idi. Həmişə gecikirdim və cərimələnirdim. Səbr etdim və çətin günləri geridə qoydum”.

Lui van Qal 2014-16-cı illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. İndi 25 yaşı olan Markus da 2016-dan əsas komandanın üzvüdür.

Shares: