Joao Kanselo Luka Modriçə heyrandır. Portuqaliyalı müdafiəçi xorvat yarımmüdafiəçinin hamıdan yaxşı olduğunu düşünür.

Hazırda “Bayern”də çıxış edən cinah oyunçusu ilin rəmzi yığmasına düşmüş futbolçular barədə danışarkən məhz Modriçi fərqləndirib: “Lionel Messi və Kilian Mbappeni çox bəyənirəm. Modriçi isə hamıdan daha çox sevirəm. Şəxsən mən Lukanı hamıdan üstün tuturam. Çempionlar Liqasında “Real”ın heyətində onun “Liverpul”a qarşı etdikləri fantastika idi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp