“Barselona”nın baş məşqçisi Xavi İspaniya kubokunda “Real”la keçirəcəkləri ilk oyun barədə danışıb. O, Madrid təmsilçisi ilə səfər oyununun onu həvəsləndirdiyini deyib:
“Santyaqo Bernabeu”ya səfərlər məni həmişə həvəsləndirir. “Real”la matçda oynamaq, meydançaya çıxmaq istərdim. Bu, əla hissdir. Ona görə də oyunçularıma deyirəm ki, qorxmasınlar. Biz əlverişli mövqedəyik, titul qazanmaq imkanımız var. Bu, bizim üçün bir fürsətdir. Meydana qələbə qazanmaq və fərdiliyimizi göstərmək üçün çıxacağıq”.
Bu gün keçiriləcək “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü isə aprelin 5-də “Kamp Nou”da olacaq.