İngiltərə kubokunda 1/4 finalın püşkü atılıb. Ən maraqlı cüt Mançester klublarının adı ilə bağlıdır.
Belə ki, favoritlərdən “Yunayted” digər elita təmsilçilərindən fərqli olaraq, bu mərhələdə Premyer Liqa komandası ilə qarşılaşacaqsa, “Siti”nin rəqibinin düşərgəsində tanış sima var. “Bernli”ylə yaddaqalan qrafik cızan baş məşqçi Vensan Kompani uzun illər çıxış etdiyi komandaya qarşı rəqib kmi çıxcaq.
“Mançester Siti” – “Bernli”
“Mançester Yunayted” – “Fulhem”
“Brayton” – “Qrimsbi”
“Şeffild Yunayted” – “Blekbern” Qeyd edək ki, 1 oyundan ibarət olacaq bu mərhələnin görüşləri 18-19 martda keçiriləcək.