“Səbail”lə anlaşmamışam. Bu xəbər doğru deyil” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Məqsəd İsayev deyib.

O bildirib ki, yayda “Səbail”ə tansfer olunacağı ilə bağlı xəbərlər doğru deyil, amma bir neçə Premyer Liqa klubundan təklif alıb: “Real olan təkliflər var. Mövsümün sonunda fikirləşib qərar verəcəm. Əlbəttə, “Qəbələ”də qalmaq variantım var. Çünki burada uğurlu çıxış etdim. Yenə də deyirəm ki, şərtlərə baxacam və qane edən dəvətə razılıq verəcəm. Təkliflərin olması normaldır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp