Luis Enrikenin işsiz günlərini tezliklə bitəcək. Qətərdəki Dünya Çempionatında uğursuz çıxışdan sonra İspaniya millisindən istefaya göndərilən mütəxəssis təklif alıb.
Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, yenidən klub futboluna dönmək istəyən ispan çalışdırıcını “Atletiko” arzusuna çatdıracaq. Madridlilər ona 3 illik rəsmi müqavilə təklif edib (Football Espana).
“Atletiko”nun baş məşqçisi Dieqo Simeonu birillik müqaviləsinin qalmasına baxmayaraq, yayda klubu tərk edəcəyini açıqlayıb. Paytaxt klubu da ən yaxşı namizəd kimi Enrike ilə danışıqlara başlayıb.