PSJ-nin hücumçusu Lionel Messi DÇ-2022-nin qalibi olmuş Argentina yığmasının bütün heyətinə bahalı hədiyyə edib.

Futbolinfo.az xəbər verir ki, o, komanda yoldaşları ilə yanaşı, millidə çalışan şəxləri də hədiyyəsiz qoymayıb.

Təcrübəli futbolçu onların hamısına qızıl örtüklü telefon hədiyyə edib. Messinin bütövlükdə 35 telefon üçün 175 min funt-sterlinq ödədiyi iddia olunur.

Xatırladaq ki, Argentina milli komandası Qətərdə təşkil edilmiş DÇ-2022-nin finalında Fransa yığmasına qalib gələrək 36 illik fasilədən sonra dünya çempionu olub. Messi isə mundialın ən yaxşı futbolçusu elan edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp